5 C
Baku
Wednesday, February 28, 2024

Bu rayonlarda qaz kəsiləcək

Ucar və Zərdab rayonlarında təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı, 09.06.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Belə ki, təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər