6 C
Baku
Monday, December 15, 2025

Bu rayonlarda torpaq sahələri satışa çıxarılır – Qiymətlər

Yanvarın 14-də bələdiyyə torpaqları üzrə hərrac və müsabiqələr keçiriləcək

Banker.az xəbər verir ki, bələdiyyə torpaqlarının müsabiqə və hərracları 14 yanvar 2026-cı il tarixində saat 15:00-da təşkil olunacaq. Məlumata görə, prosesdə iştirak etmək istəyən şəxslər üçün ərizələrin qəbulu 15 dekabr 2025-ci il – 12 yanvar 2026-ci il tarixlərini əhatə edir.

Hərrac və müsabiqələr çərçivəsində Neftçala, Sabirabad, Saatlı, Yevlax, Zərdab, Kürdəmir, Bərdə, Goranboy, Tərtər, Şəmkir, Ağstafa, Xaçmaz, Şabran, Şamaxı, Ağsu və Qəbələ rayonlarında yerləşən bələdiyyə torpaq sahələri satışa çıxarılır və ya uzunmüddətli icarəyə təklif olunur.

Torpaq sahələri əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, sahibkarlıq fəaliyyəti və fərdi yaşayış evi tikintisi məqsədləri üçün nəzərdə tutulub. Satışa çıxarılan sahələrin ölçüləri 68 kv.metrdən 1200 kv.metrədək, icarəyə verilən torpaq sahələri isə 1,3 hektardan 23 hektaradək dəyişir. İcarə müddətləri əsasən 5 ildən 20 ilədək müəyyən edilib.

Hərraclarda torpaq sahələri üzrə ilkin qiymətlər və illik icarə haqları torpağın təyinatı, sahəsi və yerləşdiyi zonaya uyğun olaraq fərqlənir.

Son xəbərlər
Digər xəbərlər