0 C
Baku
Thursday, February 9, 2023

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Yaşma-Siyəzən” Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan 17:00-dək “Yaşma-Siyəzən” MQK-dən qidalanan “Giləzi” QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcədə Magistral Qaz Kəmərindən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X