9 C
Baku
Thursday, December 12, 2024

Bu rayonların sakinləri sosial müavinət kartlarını Beynəlxalq Bankdan alacaq

May ayından etibarən bir sıra inzibati rayonların qeydiyyatında olan vətəndaşların sosial müavinətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC–yə (ABB) məxsus kartlarla ödəniləcək.

Bu barədə Bankın yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Sumqayıt, Sabunçu, Xətai, Xəzər, Qaradağ, Nəsimi, Səbail, Zərdab, Zəngilandan olan vətəndaşlar kartları ABB-nin istənilən filial və şöbəsindən əldə edə bilərlər.

Bayram günlərində də müavinət kartlarını məhdud sayda filialdan əldə etmək mümkün olacaq.

ABB-nin aşağıdakı filialları 12, 13, 14 may tarixlərində saat 10:00-dan 14:00-dək xidmət göstərəcək.
Filiallarda Pərakəndə müştərilərə xidmət və istehlak kreditləri üzrə əməliyyatlar aparılacaq.

Filial Ünvan Təxmini yerləşdiyi yer
Sumqayıt filialı Sumqayıt şəh., 13-cü mkr., Ü.Hacıbəyov küç. Sumqayıt şəh., “Şərq bazarı” ilə üzbəüz
Sabunçu filialı Bakı şəh., S.Mehmandarov küç., 26 İcra Hakimiyyətinin yaxınlığı, “Bakıkhanov Recidence”
Nizami filialı Bakı şəh., M.Hadi küç., 2324 Qara Qarayev m/s-nın yaxınlığı, 50 saylı Notariat kontorunun yanı
Yasamal filialı Bakı şəh., İnşaatçılar pr., 533-cü məh., ev 14 Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin yaxınlığı
Nəsimi filialı Bakı şəh., 28 May küç., 21A S.Vurğun parkının yaxınlığı, keçmiş “Bakı” mehmanxanasının ərazisi
Əcəmi filialı Bakı şəh., Nəsimi r-nu, M.Cəfərov küç., 28 3-cü mkr. dairəsinin yaxınlığı
Xırdalan filialı Xırdalan şəh., M.Ə.Rəsulzadə küç., 3 Abşeron Rayon İcra Hakimiyyətinin və Poçtun yaxınlığı
Nərimanov filialı Bakı şəh., Akademik Həsən Əliyev küç., 94 Keçmiş “Qızıl gül” kafesinin yaxınlığı
Gəncə filialı Gəncə şəh., Heydər Əliyev pr., 696 3 nömrəli xəstəxananın yanı, Futbol təmayüllü internat məktəbinin yaxınlığı
MənbəReport
Son xəbərlər
Digər xəbərlər