Bu rayonun DSMF sədri həbs edilib

Ağdaş rayon Dövlət Sosial Müdafiə Fondunun sədri Asif Abdullayev həbs edilib.

Ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fondda xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı fondun sədri A. Abdullayev və məsləhətçi Məharət Əhmədov saxlanılıb.

Onlar korrupsiyada ittiham edilir.