10 C
Baku
Monday, November 18, 2024

Bu rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 59,6-cı km-də “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yoluna paralel yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 08:00-dan etibarən işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması nəzərdə tutulur.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, həmçinin “Əhmədbəyli” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin üzərində filtrin quraşdırılması ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Əhmədbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun (Horadiz şəhəri, 22 kənd və 17 qəsəbə) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər