Sabah Zərdab rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, noyabrın 25-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.