5.9 C
Baku
Tuesday, March 5, 2024

Bu rayonun yol tikintisinə dair 5 mln. manata yaxın vəsait ayrıldı – sərəncam

Prezident İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Banker.az-a bu barədə Prezidentin rəsmi səhifəsindən məlumat daxil olub.

“On yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.” – deyə məlumatda qeyd edilir.

Maliyyə Nazirliyinə bu Sərəncamda qeyd edilən məbləğlə “Azəravtoyol”u təmin etməsi tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər