18 C
Baku
Saturday, November 2, 2024

Bu restoranla bağlı sənədlər prokurorluğa göndərildi

Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən “Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, – o bildirib.

Son xəbərlər
Digər xəbərlər