4 C
Baku
Tuesday, March 5, 2024

Bu şəxslər Ali Məhkəməyə hakim təyin edildi – Siyahı

Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.

Bununla bağlı “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər