15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Bu şəxslərin ölkədə qalma müddəti uzadılır

faizlere

Əcnəbilərin ölkədə qalma müddəti iyuldan etibarən uzadılacaq.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 iyul 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1 iyul tarixinədək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 – 60 gün müddətinə (istəklərinə uyğun olaraq) uzadılacaq.

“Eyni zamanda, müvəqqəti olma müddəti artıq 30 gün uzadılmış və həmin müddəti 1 iyul tarixinədək bitəcək olan əcnəbilərin də müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 gün müddətinə uzadılacaq.

Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaqdır. Bununla bağlı əlavə məlumat veriləcəkdir.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər.

Daha ətraflı məlumat üçün fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur”, – deyə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər