31 C
Baku
Saturday, May 31, 2025

Bu şəxslərə də diplomatik pasport verilə bilər

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini və katiblərinə diplomatik pasport verilə bilər.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O deyib ki, ötən iclasda həmkarı Fazil Mustafa MSK-nın sədr müavinini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.

Əli Hüseynli qeyd edib ki, bu təklif əsaslandırılıb: “Bunu qanunvericilik təşəbbüsü qurumu ilə məsləhətləşəcəyik”.

Qeyd edək ki, ötən plenar iclasda parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa MSK-nın sədr müavini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.

Son xəbərlər
Digər xəbərlər