9 C
Baku
Monday, November 18, 2024

Bu şəxslərə 2 000 manat birdəfəlik maddi yardım verildi

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım edilib.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Dövlət başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə günü ərəfəsində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamlar imzalanır.

Bu il də 2 may 2024-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncam ümumilikdə 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları Sərəncamda qeyd edilən digər kateqoriyalara aid şəxslərdir. Həmin birdəfəlik maddi yardımın məbləği də ötən dövrdə dəfələrlə artırılıb.

Son xəbərlər
Digər xəbərlər