Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə Bakı və Lənkəran şəhərlərindən 2 və 3 otaqlı mənzillərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 8 126 595 AZN təşkil edir.