Goranboy rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Onun sözlərinə görə, 2022-2023-cü illərdə Gəncə-Daşkəsən Regionunda fermer və təsərrüfatlara 117 min manatdan artıq ödəniş edilib. Bu il sığorta ödənişləri daha da artacaq və hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq.