Qida təhlükəsizliyi sahəsində çalışan işçilərə maaşdan əlavə pul veriləcək.
Bu barədə məsələ Milli Məclis tərəfindən qəbul edilən “Qida təhlükəsizliyi” haqqında qanun layihəsində öz əksini tapıb.
Belə ki, yeni qanun layihəsinin 37-ci maddəsində qeyd olunur ki, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən və bu Qanuna əsasən tutulan dövlət rüsumlarından toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
Qeyd edək ki, qanun layihəsi dünən üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib.