Bu şəxslərə pulsuz mənzillər veriləcək – 3.4 milyon manat vəsait ayrıldı

Sosial Xidmətlər Agentliyi Saatlıda şəhid ailələri və əlilliyi olan şəxslər üçün mənzillər alır.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi tender elan edib.

Saatlı rayonunda ümumilikdə 45 mənzilin satın alınması üçün ehtimal olunan qiyməti 3 385 800 manat təşkil edən tender elan edib.

Elana əsasən, satınalma çərçivəsində rayon ərazisindən şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı yaşayış sahəsinin (mənzilin) alınması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər