3 C
Baku
Saturday, December 14, 2024

Bu şəxslərə ünvanlı sosial yardım artımla veriləcək

Kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq.

Bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün vətəndaş müraciət etməlidir.

“Müraciət zamanı kirayədə qaldığını təsdiq etməlidir. Bu zaman kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq”,- deyə o əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər