0 C
Baku
Sunday, February 23, 2025

Bu şəxslər də güzəştli ipoteka ilə mənzil ala bilər – Siyahı

İpoteka və Kredit Zəmanət Fondunun güzəştli kredit ala bilənlərlə bağlı siyahısı vaxtaşırı müzakirə edilir. Onun genişləndirilməsi və ya bir sıra peşə sahiblərinin çıxarılması istiqamətində təkliflər səsləndirilir. Məsələn, gənc vəkillər, həkimlər, veteranlara kredit verilmədiyi halda, elmi dərəcəsi olanlar, idmançılar, jurnalistlərin siyahıda olması haqsızlıq hesab olunur.

Deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, İpoteka və Kredit Zəmanət Fondunda güzəştlər konkret vətəndaşlara təklif olunub:

“Siyahıya nəzər salsaq, sosial baxımdan təminata ehtiyacı olanların yer aldığını görərik. Bir sıra hallarda hərbçilərimiz, dövlət qulluqçuları və sair şəxslər güzəştli ipoteka krediti hüququna malikdirlər. Təbii ki, müəllimlərin, jurnalistlərin, məcburi köçkünlərin də bundan istifadə haqları var. Burada sosial meyar əsas faktorlardan biridir. Fikrimcə, siyahının kiçildilməsi deyil, genişləndirilməsi daha yaxşı olardı”.

Deputat bu istiqamətdə təkliflərini də səsləndirib:

“Bura həkimlərin, çoxuşaqlı ailələrin əlavə edilməsini təklif edirik. Güzəştli ipoteka kreditindən istifadə imkanları nə qədər çox olarsa, bir o qədər çox vətəndaşımız mənzillə təmin oluna bilərlər. Ona görə də siyahıya yenidən baxılması məqsədəuyğun olardı”.

MənbəGlobalinfo
Son xəbərlər
Digər xəbərlər