19 C
Baku
Friday, November 7, 2025

Bu şəxslər də icbari tibbi sığortadan yararlana biləcəklər

Həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də icbari tibbi sığorta xidmətlər göstəriləcək.

Prezident İlham Əliyev bununla bağlı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Belə ki, dəyişikliklə “Tibbi sığorta haqqında” Qanunda icbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların əhatə dairəsi genişlənib.

Qanunun 15-2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər