10 C
Baku
Friday, December 13, 2024

Bu şəxslər dövlət qulluğuna imtahansız qəbul olunacaqlar

“Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək, “Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul olunacaqlar”.

Bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir.

F.Hacıyev deyib ki, müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək: “Həmin şəxslərin uzun müddət ehtiyatda qalacağına inanmıram. Çünki bu gün ölkədə aparılan ciddi kadr islahatlarını nəzərə alsaq, yəqin ki, onlar qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər”.

O qeyd edib ki, müsabiqənin qaliblərindən sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq: “Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.

©Report

Son xəbərlər
Digər xəbərlər