8 C
Baku
Monday, February 3, 2025

Bu şəxslər üçün yeni güzəştlər müəyyənləşir, vergi inzibatçılığı sadələşdirilir

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulacaq.

Eyni zamanda satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər