10 C
Baku
Friday, December 13, 2024

Bu şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. Belə ki, iclasda miqrasiya orqanlarında ilk dəfə qulluğa qəbul edilən şəxslərin rütbəsi və maaşına dair qayda müəyyənləşir.

Banker.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Əsasnaməyə görə, ilk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyəsindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız 3 aylıq sınaq müddəti) müəyyən edilir.

Təklif edilən dəyişikliyə əsasən, sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaqlar və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.

Hazırda sınaq müddətində attestasiyadan keçməmiş işçi daimi qulluğa qəbul edilmirsə, dəyişikliyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçməmiş işçi daimi qulluğa qəbuld edilməyəcək və onun qulluq keçməsinə bu Əsasnaməyə uyğun xitam veriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər