13 C
Baku
Thursday, May 9, 2024

Bu şəxslər valideynlik hüququndan məhrum olunacaq

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum ediləcəyi hallar sərtləşdirilir.

Banker.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər