1 C
Baku
Saturday, December 14, 2024

Bu şəxslərin də maaşları artdı

Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı nümayəndələrinin məvacibi artırılır.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyevin “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Diplomatik xidmət haqqında” qanunun tətbiq edilməsi barədə”, “Diplomatik xidmət haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanununun tətbiq edilməsi haqqında” fərmanlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Fərmana əsasən, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.

Fərmanla Nazirlər Kabineti on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

“Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinətinin;

həmin qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinətin;

həmin qanuna uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinətinin.

Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər