10 C
Baku
Thursday, December 12, 2024

Bu şəxslərin diplomları tanınmadı

Aprel ayı üzrə 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışıb.

Bu barəədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilir ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 123, Türkiyə Respublikasından 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çin Xalq Respublikasından 8, İtaliya Respublikasından 7, Polşa Respublikasından 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrə Konfederasiyasından 3, Almaniya Federativ Respublikasından 2, Əfqanıstan İslam Respublikasından 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğız Respublikasından 2, Avstraliya İttifaqından 1, Belarus Respublikasından 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, Hindistan Respublikasından 1, İspaniya Krallığından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikası ndan 1, Norveç Krallığından 1, Özbəkistan Respublikasından 1, Rumıniyadan 1, Şimali Makedoniya Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınmınıb.

Son xəbərlər
Digər xəbərlər