-1 C
Baku
Sunday, December 15, 2024

Bu şəxslərin işğaldan azad edilmiş ərazilərə turistik səfərləri təşkil olunmur

Azərbaycanda olan xarici vətəndaşların işğaldan azad edilmiş ərazilərə turistik səfərləri təşkil olunmur.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda işğaldan azad olunmuş bölgələrdə xarici ölkə vətəndaşlarının yalnız işgüzar səfərləri həyata keçirilir.

Məlumatda qeyd olunub ki, əcbəni turistlər fərdi şəkildə Qarabağa təşkil edilən avtobus səfərlərindən də istifadə edə bilməzlər. Belə ki, www.yolumuzqarabaga.az portalı üzərindən həyata keçirilən avtobus səfərlərinə ancaq Azərbaycan vətəndaşları bilet ala bilərlər.

Xatırladaq ki, Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər etmək istəyənlər arasında xeyli sayda əcnəbi turistlər də var. Lakin onlar hələlik Qarabağa səfər imkanından yararlana bilmirlər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər