Baş nazir Əli Əsədov “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Qərarda dəyişiklik edib. Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşları 890 manatdan 1070 manata qaldırılıb.
Qeyd edək ki, bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.