1 C
Baku
Saturday, December 14, 2024

Bu şəxslərin pensiyası artır

Vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və əlilliyə görə əmək pensiyasının hesablanması qaydası dəyişir.

Bu barədə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.

Layihəyə əsasən, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.

Eyni zamanda, pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər