“Hazırda Azərbaycanda bərpa olunan enerji ilə bağlı ikili diplomlu ixtisasın yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılır”.
Bunu Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən “Universitet – sənaye tərəfdaşlığı” panelində çıxışı zamanı bp şirkətinin Xəzər Bölgəsində Xarici Əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji ilə bağlı təhsil imkanları yoxdur:
“Əgər enerji sənayesinin sabahı neft və qaz mühəndisliyi ilə bərabər, bərpa olunan enerji sahəsində fəaliyyət olacaqsa, biz indidən bu istiqamətdə kadrlar hazırlamalıyıq”.
O əlavə edib ki, sənaye çalışır ki, gələcəkdə qəbul edəcəyi kadrların hazırlığına öz töhfəsini versin”.