8 C
Baku
Friday, December 13, 2024

Bu sektorlarda işəgötürənlər daha çox hüquq pozuntularına yol veriblər

Bu ilin 9 ayında işəgötürənlər tərəfindən 1 403 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.

Banker.az Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir ki, hüquq pozuntuları daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əmək məzuniyyəti, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar və s. ilə bağlı olub.

Belə halların əsasən topdansatış və pərakəndə ticarət, ictimai iaşə, emal və tikinti sektorlarında baş verdiyi müəyyən olunub.

Qeyd olunan hüquq pozuntularının böyük hissəsinin aradan qaldırılması  təmin edilib.

Son xəbərlər
Digər xəbərlər