Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu restoranda qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Banker.az xəbər verir ki, Agentlik tərəfindən Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisəsi Sumqayıt şəhəri, Novxanı yolunda yerləşən, hüquqi şəxs “İlqar LTD” Şirkətinə məxsus “Oregano” restoranıdır.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.








