Bu şirkət 100 hektar çirklənmiş ərazini bərpa edəcək – 3,7 milyon manatlıq müqavilə

Bakı şəhəri

“Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu” ASC ilə “Aztikintiyol” MMC arasında 3,7 milyon manatlıq müqavilə imzalanıb.

Banker.az xəbər verir ki, müqavilədə Suraxanı rayonunun inzibati ərazisində keçmiş yod-brom zavodunun ətrafında (100 ha) çirklənmiş ərazinin bərpası, yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması nəzərdə tutulub.

Bildirək ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu” ASC Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamına əsasən təsis edilib.