28 C
Baku
Saturday, July 27, 2024

Bu şirkət işçilərinə 233 milyon dollarlıq səhm verəcək

ABŞ-ın elektrikli yük maşını startup-ı “Nikola Corp”un yaradıcısı və Direktorlar Şurasının sədri Trevor Milton şirkətin ilk 50 işçisinə 233 milyon ABŞ dollarlıq səhm verəcək.

“Nikola Corp”un sədri daha əvvəl verdiyi sözü tutaraq ümumilikdə 6 milyon ədəd şirkət səhmini işçilərinə verəcək.

“Bu şirkəti yaratdığımda dünyanın ən yaxşı işçilərini axtarırdım və bu, böyük bir risk idi. Bizim kimi insanların uğur qazanması ehtimalı sıfıra yaxın idi, amma mən xoşbəxtlikdən ilk gündən etibarən inanılmaz bir qrup tapdım”, – deyə T.Milton bildirib.

Qeyd edək ki, T.Milton 4,6 milyard ABŞ dollarlıq sərvəti ilə “Bloomberg Billionaires” indeksində dünyanın 37-ci ən varlı adamıdır. Səhmlərini işçilərinə payladıqdan sonra, onun reytinqdə bir qədər də aşağı enəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər