İndoneziyanın neftqaz şirkəti “Pertamania” öz tarixində ilk dəfə olaraq ABŞ-da neft alıb.
Aprelin 20-də Hyuston terminalında “Aframaks”sinifindən olan tankerə 600 min barel WTI markalı neft yüklənib. Gəmi iyunun 7-də İndoneziyanın neft emalı zavodlarından birinə gələcək.
“Pertamania” 1950-ci ildə təsis edilib və 4 qitədən olan 12 ölkədə fəaliyyət göstərir.
©Finans.az