“Maqnum-A” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Maqnum-A” MMC-nin vergi borcu 3 194 031 manatdır.
Qeyd edək ki, bu şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Azər Qəmbərovdur.