13 C
Baku
Sunday, September 29, 2024

Bu şirkətin ixracından ölkəyə 3 mln. dollar valyuta daxil olub

Bu ilin yanvar ayında “SOCAR Polymer” şirkəti 14.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Banker.az”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata əsasən, bu,  keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 milyon ABŞ dolları və ya 33.6% çoxdur.

Qeyd edək ki, “SOCAR Polymer” şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. Şirkət biri polipropilen, digəri isə yüksək sıxlıqlı polietilen istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.

Son xəbərlər
Digər xəbərlər