Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, ümumi investisiya həcmi 27 mln. ₼-a yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq.
Rail Trans Service MMC müxtəlif növ dəmir yolu avadanlıqlarının istehsalı, Mister Decor MMC divar kağızlarının istehsalı, Almet Holding QSC dəmir məmulatlarının istehsalı, Eel Electric MMC isə elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı ilə məşğul olacaq.