24 C
Baku
Saturday, June 29, 2024

Bu şirkətlər Azərbaycana valyuta gətirir

Azərbaycanda fəaliyyət göstərən və xaricə məhsul ixrac edən əsas şirkətlərin adı açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin aprel sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 35 faiz  artıb. Cari ilin yanvar-mart ayları ərzində Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsveçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.infoqrafika 1

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında elektrik enerjisi (33,9 milyon ABŞ dolları) birinci,  qızıl (30,9 milyon ABŞ dolları) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə isə I rüb ərzində meyvə-tərəvəz ixracı 80,7 milyon, elektrik enerjisinin ixracı 33,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 32,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 30,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,8 milyon, kimya sənayesi məhsullarının ixracı 12,4 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin I rübündə elektrik enerjisinin ixracı 8,6 dəfəmeyvə-tərəvəzin ixracı 45,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 34,8 faiz, kimya sənayesi məhsullarının ixracı 29,5 faiz, pambıq ipliyi ixracı 24,8 faiz, çayın ixracı 12,9 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 4 faiz  artıb.infoqrafika 3

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 115 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin mart ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib(42,3 milyon ABŞ dolları). 2018-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənmişdir(13,6 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri  tomat (9,3 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon ABŞ dolları) tutub.

“İxrac İcmalı”nın mart sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin I rübündə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Aqrodoctor” MMC, “Baku Steel Company” MMC,”Metalçılar-2″ MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “CTS-Agro” MMC, “Sun Food” MMC,  “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC.infoqrafika 4

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Qaz ixrac idarəsi”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC.

infoqrafika 5

Son xəbərlər
Digər xəbərlər