17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Bu smartfonlarda noyabrın 1-dən “WhatsApp” işləməyəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“WhatsApp” messenceri 1 noyabr 2021-ci il tarixindən etibarən Android 4.0.4, iOS 9 və daha köhnə əməliyyat sistemləri ilə işləyən smartfonlarda işləməyəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Metro” portalının verdiyi məlumata görə, 43 smartfon modelinin sahibləri bu problemlər üzləşəcək. iOS cihazları arasında iPhone SE, 6S və 6S Plus smartfonları messencerdən istifadə imkanını itirəcək.

Eyni zamanda Samsung Galaxy Sll, Galaxy S3 mini, LG Lucid 2, Optimus F7, ZTE Grand S Flex, ZTE V956, Huawei Ascend G740, Ascend Mate, Sony Xperia Miro və digərləri “WhatsApp” dəstəkləməyəcək.

Xatırladaq ki, Android 4.0 mobil əməliyyat sistemi 2011-ci ilin noyabr ayında çıxıb. Bu əməliyyat sistemin son versiyası 4.0.4 olub və 2012-ci ildə təqdim edilib. “Apple”ın iOS 9 əməliyyat sisteminin buraxılışı isə 2015-ci ilin iyun ayında baş tutub.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər