“Samsung” öz smartfonlarında süni intellektin əsas imkanlarını istifadəçilər üçün ödənişsiz edəcəyini açıqlayıb.
Cənubi Koreya texnologiya şirkəti “Galaxy AI” platformasına dair istifadəçi müqaviləsində dəyişiklik edib.
Yenilənmiş sənəddə qeyd olunur ki, “Samsung” smartfonlarında mövcud olan süni intellektin baza funksiyaları pulsuz olacaq və bu imkanlar üçün abunə və ya əlavə ödəniş tələb olunmayacaq.
Qeyd edək ki, “Samsung” 2024-cü ildə “Galaxy S24” seriyası ilə birlikdə “Galaxy AI” adlı süni intellekt xidmətini ilk dəfə təqdim etmişdi.






