18 C
Baku
Saturday, October 12, 2024

Bu tələbə əməl etməyən nəqliyyat vasitələrinin sahibləri cərimələnəcəklər

“Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğinda cərimə oluna bilərlər”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi bildirib ki, bu gün paytaxtın daha bir küçəsində avtobus zolağı salınır: “Bu, ictimai nəqliyyatın fasiləsiz və rəvan hərəkət etməsi üçün vacib olan addımlardan biridir. Hesab edirəm ki, ictimai nəqliyyat üçün mümkün qədər yolların çox olması, eyni zamanda, digər hərəkət iştirakçılarının da vəziyyəti düzgün qiymətləndirərək ictimai nəqliyyatdan istifadə edən insanların vaxtında mənzil başına çatması üçün onların zolağına daxil olmaması da prosesi sürətləndirə bilər”.

“Cərimələnmə prosesi nəyinki, Yol Patrul Xidməti əməkdaşlarının xidməti ərazisində, eyni zamanda, xüsusi texniki vasitələrin imkanları ilə müəyyən ediləcək”, – A.Əsgərli vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər