9 C
Baku
Monday, November 18, 2024

Bu tədris ilindən etibarən peşə təhsili sahəsində adambaşı maliyyələşmə tətbiq ediləcək

Bu tədris ilindən etibarən peşə təhsili sahəsində adambaşı maliyyələşmə sistemi tətbiq ediləcək.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, 3 min tələbə maliyyələşmə əsasında peşə təhsili əldə edəcək.

C.Kərəmov əlavə edib ki, peşə təhsilinin təsnifatı da yeniləcək: “Prosesin növbəti iki il ərzində həyata keçirilməsi planlaşdırılır. 15 min şəxsin qısamüddətli ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər