21 C
Baku
Thursday, April 25, 2024

Bu tarixədək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri işləməyəcək

Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, martın 20-də vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətləri üzrə yalnız hazır sənədlərin verilməsi xidmətindən yararlana bilərlər.

Martın 27-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər