29 C
Baku
Monday, June 24, 2024

Bu tarixdə Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

İyul ayında Azərbaycan dili üzrə ilk sertifikasiya imtahanı keçiriləcək.

Bunu  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanının proqramları hazırdır.

DİM rəhbəri sertifikasiya imtahanından əvvəl sınaq imtahanının keçiriləcəyini söyləyib:

“Sınaq imtahanına hər kəs onlayn qoşula biləcək. İmtahana qoşulmazdan əvvəl iştirakçı müvafiq anketə cavab verməlidir. Anketdə şəxsi məlumatlar yer alacaq. Bu suallar cavablandırıldıqdan sonra həmin imtahana qoşula biləcək. İmtahanla əlaqədar elmi-statistik təhlil aparmaq üçün bu məlumatların toplanılması lazımdır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər