27 C
Baku
Saturday, July 27, 2024

Bu tarixdən bərbərxanalar və gözəllik salonları fəaliyyətə başlaya bilər – Açıqlama

“Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər”.
Bunu  açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur.

“Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq.

Ondan sonra daha hansı sahələrin fəaliyyətinə icazə veriləcəyi müəyyənləşəcək.

Vəziyyətdən asılı olaraq qərar veriləcək”, – baş infeksionist bildirib.

©Ölkə.az

Son xəbərlər
Digər xəbərlər