14 C
Baku
Saturday, November 23, 2024

Bu tarixdən avtomobillərin texniki baxışı zamanı utilizasiya haqqının ödənilməsi tələb olunacaq

Gələn il fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq.

Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.

Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi də təmin olunmalıdır.

Son xəbərlər
Digər xəbərlər