Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3-4 iyun tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Qeyd edək ki, artıq yarmarkadan alış-veriş edən vətəndaşlar fermerlərlə həm nağd, həm də nağdsız şəkildə hesablaşa biləcəklər. Belə ki, “PashaPay” şirkətinin nağdsız əməliyyatlar üçün elektron pulqabısı “m10” ilə yarmarkada nağdsız ödənişlər etmək mümkün olacaq.