Bu texnologiya vasitəsilə artıq işıqforda gözləməyə ehtiyac qalmıyacaq

0

“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Amma “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.
 
 “GLOSA” – bu, avtomobilin şəhərin nəqliyyat infrastrukturuna qoşulmasına və nişan, yol nişanları və işıqforların iş rejimi haqqında informasiyanı oxumasına imkan verən sistemə bir əlavədir.
 
“GLOSA” sistemi avtomobilin bortunda qurulmuş mobil “4G”-moduldan siqnalı qəbul edir və növbəti işıqforadək məsafəni nəzərə alaraq sürət rejimini hesablayır ki, sürücü həmişə yaşıl işıqda yolu keçə bilsin.