10 C
Baku
Thursday, December 12, 2024

Bu tikinti şirkəti söküntü işləri ilə bağlı təbiətə 1 milyona yaxın ziyan vurub

Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasım küçəsində şirkət rəhbərinin yaşayış binası tikintisi ilə əlaqədar yaşıllıq məhv edilir.

Trend xəbər verir ki, bununla əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinin keçirdiyi dinləmədə məlumat verilib.

Dinləmədə müstəqil ekspertlər və media nümayəndələri iştirak edib.

Bildirilib ki, “İnvest M Constructiom” MMC 2 il öncə aparılan söküntü işləri ilə bağlı təbiətə 1 milyona yaxın ziyan vurub.

İctimai dinləmədə məlumat verilib ki, şirkət sözügedən ərazidə qalan yaşıllıqların da məhvini istəyir.

Dinləmədə iştirak edən media nümayəndələri şirkət rəhbərlərinə icazəsiz olaraq ağacların kəsilməsi ilə bağlı suallar ünvanlayıb.

“İnvest M Construction” MMC hüquqşünas Yavər Yavərzadə bildirib ki, sakinlər ağaclarını yox, ev tələb edirlər:

“Sakinlər bizə bildirirlır ki, mənə ağac maraqlı deyil. Mənim evimi tikib, verin”. Bu fikir müzakirə iştirakçıları arasında narazılığa səbəb olub. Bildirilib ki, ağaclarla bağlı qərarı həmin ərazidə evlə təmin olunacaq şəxslər və ya tikinti şirkəti yox, əlaqədar qurumlar müvafiq dəyərləndirmələri sonra verə bilər. Digər mübahisəli məqam tikinti şirkətinin öz layihəsini sosial layihə kimi təqdim etmək cəhdi olub.

Həmçinin Nərimanov rayonu, Həsən Əliyev küçəsindən Ziya Bunyadov küçəsinə paralel olaraq «Koroğlu» metro stansiyasına gədən yeni avtomobil yolun, «Keşlə» bazarın yaxınlığında, Əliyar Əliyev küçəsində tikiləcək tunelin altına düşən yaşıllıqların köçürülməsi və Heydər Əliyev prospekti 167 ünvanında Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının sahəsinin ön giriş nöqtələrinə düşən yaşıllıqların köçürülməsi ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər
Digər xəbərlər